logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mehman Qəhrəmanovdan, Şəmkir, Azərbaycan

Text size icon-size icon-size

17 dekabr 2022, 16:05

Hörmətli cənab Prezident.

Mən Şəmkir rayonunun Xuluf kənd sakiniyəm, 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Mənim oğlum – Ruslan Qəhrəmanov da Vətənimizin ərazi bütövlüyü uğrunda vuruşmuşdur. O, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən qarşısında borcunu yetirərkən şəhid olmuşdur. Sizin sərəncamınızla “Azərbaycan Bayrağı” ordeninə və bir neçə medala layiq görülmüşdür.

Bu məktubu yazmaqda məqsədim ölkəmizdə şəhid ailələrinə, eləcə də bizim ailəyə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürümü bildirməkdir. Biz şəhid ailələri ilə daim maraqlanırlar, böyük qayğı göstərirlər.

Cənab Ali Baş Komandan, Vətənimiz uğrunda döyüşmək bizim üçün hər zaman şərəf olub və bundan sonra da belə olacaqdır. Sizin rəhbərliyiniz altında yeni qələbələrin bizi gözlədiyinə inanırıq.

Yolunuz hər zaman işıqlı, addımlarınız uğurlu olsun.

Hörmətlə,

Qəhrəmanov Mehman Valeh oğlu

Şəhid atası

Azərbaycan Respublikası, Şəmkir rayonu, Xuluf kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi