Çərkəz Səmədovadan, Bakı, Azərbaycan
07 sentyabr 2012, 10:00
Cənab Prezident!
Bu Sərəncamınızla Azərbaycan xalqının bir daha Sizə olan inam və güvənini artırdınız. Biz Sizinlə fəxr edirik. Bu gün hər bir Azərbaycan vətəndaşı Sizinlə qürur duyur. Azərbaycanın qəhrəman övladı Ramil Səfərovun vətənimizə gətirilib əfv edilməsində nə qədər böyük əziyyətlər çəkdiyinizi başa düşür və bunun üçün Sizə çox sağ ol deyirik. Bu əfv Sərəncamını verməklə vətənimizə, millətimizə sadiq olduğunuzu və onları nə qədər çox sevdiyinizi beynəlxalq aləmə bir daha sübut etdiniz. Allah Sizi Azərbaycan xalqının üstündən əskik etməsin. Allahdan arzumuz budur ki, hər yerdə qələbə çalasınız.
Cənab Prezident!
Biz Sizin siyasətinizi bəyənirik və Sizi dəstəkləyirik. Vətənimizə, millətimizə qəhrəman övladlarımıza göstərdiyiniz qayğıya görə öz adımdan, ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Səmədova Çərkəz,
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Mirzəməmmədxan küçəsi, döngə 2, ev 12