logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimlərindən, Göyçay, Azərbaycan

Text size icon-size icon-size

14 dekabr 2022, 11:38

Möhtərəm cənab Prezident.

Biz – Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri Zati-alilərinizi səmimi qəlbdən salamlamaqdan şərəf duyur, səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, Azərbaycan xalqı və dövləti naminə dəyərli fəaliyyətinizdə Uca Tanrıdan Sizə yeni uğurlar diləyirik.

Möhtərəm cənab Prezident, Zati-alilərinizin biz dindarlara özəl diqqət və himayə nümayiş etdirməsini yüksək dəyərləndiririk. Bu diqqət və himayə bizə xoş fürsət verir ki, Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə Zati-alilərinizə bütün bölgəmizin dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını bir daha ifadə edək. Tarixi ədalətin bərpası – Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərliyiniz altında qalibiyyətlə başa çatmış Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnamələrinə həkk olundu. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq, xalq-ordu birliyinə əsaslanan siyasət Azərbaycanın haqq işinin qələbəsini təmin etdi. Əldə edilən böyük zəfər sayəsində dövlət bayrağımız azad Qarabağda dalğalandı, məscidlərimizin minarələrindən azan səsləri ucaldı, dini məbədlərimiz əsarətdən qurtuldu.

Möhtərəm cənab Prezident, Azərbaycanı qalib ölkə kimi zirvələrə qaldıran Zati-alilərinizin hər bir azərbaycanlının qəlbində özəl yeri var. Dövlət müstəqilliyimizin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin xidmətləriniz misilsizdir. Milli-mənəvi dəyərlərimizin, dini və tarixi abidələrimizin qorunması sahəsində böyük işlər görmüş dövlət başçısı kimi tanınan Zati-aliləriniz azad olunmuş torpaqlarımızda əsarətdən qurtardığınız, vandalizm qurbanı olan dini-mənəvi abidələrimizi - məscid, kilsə və ziyarətgahları xüsusi məhəbbətlə, qayğı ilə bərpa edən qurucu Prezident kimi Uca Tanrının və xalqın nəzərində daha da ucalırsınız.

Tam əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, yüksək səviyyəli dövlət-din münasibətləri Zati-alilərinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsinin bəhrəsidir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dini-mədəni irsin qorunması sahəsində həyata keçirdiyi dəyərli layihələr xalq tərəfindən yüksək qiymətləndirilir, dindarlarımızın xeyir-duaları ilə qarşılanır.

Möhtərəm cənab Prezident, Sizin rəhbərliyiniz altında çalışan və dövlətimizin dini sahə ilə bağlı balanslaşdırılmış siyasətini həyata keçirən, dövlət - din münasibətlərini tənzimləyən dövlət orqanlarının işlərini də ürəkdən bəyənərək tam dəstəkləyirik.

Biz bölgə dindarları məzhəb mənsubiyyətindən asılı olmayaraq Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanının lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirik. Hər zaman Sizin üçün dualar edirik.

Möhtərəm cənab Prezident, Azərbaycanımızın ərazi bütövlüyünün bərpası üçün atdığınız hər bir cəsarətli addımdan qürur duyan sıravi bir Azərbaycan vətəndaşı kimi dindarlar olaraq hər zaman Sizin arxanızdayıq. Biz dindarlar da bu qarışıq dünyamızda vəhdət şəklində Sizin yeritdiyiniz daxili və xarici siyasəti ürəkdən dəstəkləyirik.

Sizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövlətçiliyi dünya miqyasında daha böyük uğurlara imza atacaq. Uca Rəbbimiz Sizi qorusun, hər zaman yardımçınız olsun, Azərbaycanımız naminə atdığınız hər bir addımda hər zaman zəfər nəsibiniz olsun. Uca Yaradan öz lütf və mərhəmətini Azərbaycan xalqı və dövləti üzərindən əskik etməsin, Azərbaycanı hifz etsin. Amin.

Hörmətlə,

Göyçay, Ucar, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri:

Səfərov Cavid

Kazımov Rəsul

Əliyev Ceyhun

Eyvazov Zaur

Cəfərov Fizuli

Hüseynov Hüseyn və başqaları (46 nəfər).

Azərbaycan Respublikası, Göyçay şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi