logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəqsanə Babayevadan, Naftalan, Azərbaycan

Text size icon-size icon-size

14 dekabr 2022, 13:59

Hörmətli cənab Prezident.

Siz xalqın xoşbəxtliyi və əmin–amanlığı naminə yorulmadan çalışırsınız. Sizin və Mehriban xanımın əhalinin sağlamlığının mühafizəsinə, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı sonsuzdur, bu sahədə fəaliyyətiniz çoxşaxəlidir.

Sizin xalqımıza qayğınız ölçüyəgəlməzdir. Mən iki övladımın əməliyyat olunması ilə bağlı Sizə müraciət etdim. Çox qısa müddət ərzində övladlarım əməliyyat olunaraq sağlamlıqlarına qovuşdu.

Siz övladlarımın sağlam həyata qayıtmasına kömək oldunuz. Buna görə Sizə dərin minnətdarlığımı bildirir, işlərinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Babayeva Rəqsanə Vəli qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi