logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İntiqam Əliyevdən, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

13 dekabr 2022, 15:16

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə respublikamızda həyata keçirilən tədbirlər, xüsusilə də bölgələrimizdə görülən işlər xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır. Cəlilabad rayonunun Novruzallı-Bayxanlı yolunun çəkilməsi həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Cənab Prezident, böyük əhəmiyyət daşıyan bu yolun yenidən qurulmasına görə kənd sakinləri adından Sizə minnətdarlığımı bildirirəm.

Ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ölkəmizi qorusun!

Hörmətlə,

Əliyev İntiqam

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Novruzalı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi