Şəkər Qasımovadan, Bakı, Azərbaycan
07 sentyabr 2012, 09:25
Möhtərəm Prezidentimiz!
Azərbaycan idmançılarının 2012-ci ilin avqustunda XXX Yay Olimpiya Oyunlarında qazandıqları böyük qələbələr və haqsızlığa məruz qalaraq xaricdə həbs edilmiş qeyrətli və şərəfli oğlumuz Ramil Səfərovun avqustun 31-də doğma Vətəninə qaytarılması xalqımızda sonsuz fərəh və qürur hissi doğurmuşdur. Bu günlər əsl xalq bayramına çevrildi. Bu bayramın əsl səbəbkarı Sizsiniz. Bu Sizin yenilməz iradənizin nəticəsidir. Biz isə bir azərbaycanlı kimi vətəndaşlıq borcumuzun məsuliyyətini daha dərindən dərk edirik.
Azərbaycan Respublikasının şərəfli və məsuliyyətli Prezidenti, işinizdə Sizə göydə Allah, yerdə xalqımız kömək olsun. Mən və ailə üzvlərim Sizə möhkəm cansağlığı və işinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.
Dərin hörmətlə,
Qasımova Şəkər,
Bakı Dövlət Universitetinin dosenti.
Azərbaycan Respublikası, Bakı şəhəri.