08 dekabr 2022, 18:00

Şamil Ayrımdan, İstanbul, Türkiyə

Möhtərəm cənab Prezident.

Zəngilan yolunda düşdüyümüz yol qəzası ilə bağlı Zati-alinizin göstərmiş olduğu yüksək diqqət və dəstəyə görə Sizə ürəkdən təşəkkür edirəm.

Sizə ailənizlə birlikdə cansağlığı, ömür boyu xoşbəxtlik diləyir, ən dərin hörmət və ehtiramımı bildirirəm.

Şamil Ayrım,

Türkiyə Böyük Millət Məclisinin İstanbul millət vəkili,

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri.

Türkiyə Respublikası, İstanbul şəhəri.