Tofiq Məmmədov və Tacədin Hüseynovdan, Cəlilabad, Azərbaycan


09 dekabr 2022, 16:10
Möhtərəm cənab Prezident.
Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun müasir üslubda yenidən qurulması və təkmilləşdirilməsi əhalinin rahatçılığına xidmət etməklə yanaşı, eyni zamanda, ölkə iqtisadiyyatının dinamikliyinə və inkişafına da müsbət təsirini göstərməkdədir. Bu gün ölkəmizdə “İpək yolu”ndan tutmuş ən ucqar kənd yoluna qədər, demək olar ki, bütün yollar öz rahatlığına, ötürücülük qabiliyyətinin yüksəkliyinə görə əvvəlkilərdən yaxşı mənada fərqlənir. Bizim Cəlilabadın yolları da bu sıradadır. “Cəlilabad rayonunun Abazallı -Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 30 noyabr tarixli Sərəncamınız bu istiqamətdə işlərə növbəti töhfədir.
Əziz Prezidentimiz, yol çəkdirmək çox savab işlərdən biridir. Elə buna görə də hər birimiz Sizin üçün dua edirik. Ömrünüz uzun olsun!
Hörmətlə,
Məmmədov Tofiq,
Hüseynov Tacədin.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Məmmədrzalı kəndi.