09 dekabr 2022, 15:25

Əsədxan Əmirov və Sevil Musayevadan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Bölgələrin inkişafı ilə bağlı əsası Ulu Öndərimiz tərəfindən qoyulan dövlət siyasəti Sizin tərəfinizdən daim uğurla davam etdirilir. Siz regionların inkişafı ilə bağlı qarşıya qoyulan məqsədlərə çatmağı ölkədə ən prioritet məsələlərdən biri kimi müəyyənləşdirmisiniz.

Biz həmişə Sizin qayğınızı hiss etmişik. İşğaldan azad olunan ərazilərdə quruculuq işləri aparıldığı bir vaxtda “Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamanız rayonun bütün sakinlərini sevindirdi və duyğulandırdı.

Qayğınızı heç bir zaman üstümüzdən əskik etmədiyinizə, hər birimizə diqqət yetirdiyinizə görə Sizə təşəkkür edirik, cənab Prezident.

Hörmətlə,

Əmirov Əsədxan Vəlixan oğlu,

Musayeva Sevil Xudakərim qızı.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Mədətli kəndi.