09 dekabr 2022, 14:38

Həqiqət Balaşova və Azər Nəsirovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Möhkəm əsaslar üzərində qurulmuş Azərbaycan bu gün dünya miqyasında ən sabit və uğurla inkişaf edən ölkələrdən biridir.

Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğı, maddi və mənəvi dəstək heç zaman unudulmayacaq. Ölkəmizdə milli həmrəylik bu günə qədər müşahidə edilməyən dərəcədə artıb. Bu, Sizin xalqımıza olan diqqət və qayğınıza cavabdır.

Siz bölgələrin inkişafına böyük dəstək verirsiniz. “Cəlilabad rayonunun Abazallı-Təklə-Şorbaçı-Mədətl-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 30 noyabr tarixli Sərəncamınız rayonumuzun sakinlərinə olan qayğınızın təzahürüdür.

Cənab Prezident,

Sizə bu qayğıya görə dərin təşəkkürümüzü bildirir, gələcək işlərinizdə uğurlar arzu edir, daim Sizin siyasətinizi dəstəklədiyimizi bildiririk.

Hörmətlə,

Balaşova Həqiqət Bəydil qızı,

Nəsirov Azər Şükür oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Bayxanlı kəndi