09 dekabr 2022, 13:40

Sara Ağayeva və Royal Fətiyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Qarabağ problemini həll etməklə, böyük sərkərdəlik qabiliyyətinizi və dövlətimizin gücünü bütün dünyaya göstərdiniz. Rəhbərliyinizlə torpaqlarımız 30 illik işğaldan sonra azad olundu. Bu gün həmin torpaqlarda abadlıq-quruculuq işləri geniş vüsət alır.

Belə bir vaxtda “Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamınız bölgələrin inkişafına nə qədər önəm verdiyinizi göstərir.

Bu diqqət və qayğıya görə Sizə kəndimizin sakinləri adından minnətdarlığımızı bildirir, şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Ağayeva Sara Əliqulu qızı

Fətiyev Royal Hüseynəli oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Adnalı kəndi