Tahir Mehtiyevdən, Cəlilabad, Azərbaycan
Text size
09 dekabr 2022, 11:45
Cənab Prezident.
Yaşadığım Məlikqasımlı kəndi Cəlilabad rayonunun ən ucqar və ən böyük kəndlərindəndir. İran İslam Respublikası ilə sərhəddə yerləşir. Kəndin 2 mindən çox sakini yolsuzluq problemindən əziyyət çəkirdi. Bu günlərdə rayon mərkəzindən bizim kəndə rahat asfalt yolun çəkilməsi çoxsaylı insanların əziyyətinə son qoydu və kiçikdən-böyüyə hamımızı sevindirdi.
Sizə kəndimizin bütün sakinləri, ziyalıları adından dərin təşəkkürümüzü bildiririk.
Həmişə yanınızdayıq, Sizinlə qürur duyuruq.
Allah Sizi qorusun!
Hörmətlə,
Mehtiyev Tahir Məcid oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Məlikqasımlı kəndi.