09 dekabr 2022, 10:55

Misirxan Vəliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakımla əlaqədar məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən Yeni Azərbaycan Partiyası yaranandan onun sıralarında olmuşam və ulu öndərimiz Heydər Əliyevin sadiq əsgəri kimi, Onun tapşırıq və göstərişlərinin ən yüksək səviyyədə yerinə yetirilməsinə çalışmışam.

YAP çətin, ancaq şərəfli yol keçmişdir. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi “Dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə bölgəmizin ən güclü partiyalarından birinə çevrildi. Sonrakı illərdə Cənubi Qafqazın ən güclü və aparıcı partiyası olan YAP Sizin rəhbərliyinizlə yeni inkişaf mərhələsinə qədəm qoymuş, partiyanın nüfuzlu üzvlərinin sayı daha da artmışdır.

YAP-ın 2021-ci ilin martın 5-də keçirilən VII qurultayından sonra partiyamızın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin partiyanın digər müavini və Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Beləliklə YAP yeni inkişaf mərhələsinə daxil oldu. Tam qətiyyətlə demək olar ki, bu gün Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq Onun siyasətini müasir dünyada aparmaq üçün bütün sahələrdə səylə çalışırlar. Ulu Öndərimizə olan sevgi daimi və davamlıdır. Azərbaycan durduqca bu sevgi hər zaman insanların qəlbində yaşayacaq.

Allah Sizi qorusun, cənab Prezident. Dövlətimizin inkişafı, onun möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə yürütdüyünüz qətiyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm.

Hörmətlə,

Misirxan Vəliyev

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.