08 dekabr 2022, 19:15

İradə Hüseynovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizovu Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakı ilə bağlı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinizə görə İnstitutun kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu mükafatı, həmçinin Sizə və milli dövlətçiliyə, ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə sədaqətini hər zaman nümayiş etdirmiş, bu istiqamətlərdə elmi potensialını, imkanlarını və bütün qüvvəsini əsirgəməyən institut kollektivinin fəaliyyətinə verilən yüksək dəyərin təcəssümü hesab edirik.

Sizi əmin edirəm ki, böyük alim akademik Cəlal Əliyevin yadigarı olan İnstitutumuz Azərbaycan elminin inkişafı naminə bundan sonra da bacardığını edəcək, Sizin siyasi kursunuzu daim dəstəkləyəcəkdir.

Uca Tanrı Sizi və sevdiklərinizi qorusun.

Dərin hörmətlə,

İradə Hüseynova

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru

Azərbaycan Respublikası, Bakı şəhəri.