08 dekabr 2022, 18:37

Vahid Ağayevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Partiyamızın 30 illik yubileyi ilə bağlı təltif etdiyiniz veteranlardan biri də mənəm. Məni layiq gördüyünüz medal təmsil etdiyim Qubadlı sakinlərinə verilən qiymətdir. Çox sağ olun, cənab Prezident.

Fürsətdən istifadə edərək Sizə uzun ömür, cansağlığı, işlərinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Vahid Ağayev

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.