08 dekabr 2022, 17:30

Solmaz Əlipaşayevadan, Şəki, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yeni Azərbaycan Partiyasındakı fəaliyyətimə yüksək dəyər verib məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu təltif tərəfinizdən Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının bütün üzvlərinə göstərilən diqqətin təzahürüdür.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, dövlətimiz və xalqımız naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Solmaz Əlipaşayeva

Azərbaycan Respublikası, Şəki rayonu.