08 dekabr 2022, 17:00

Əhliman Qarayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyimi nəzərə alaraq məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə təşəkkür edirəm. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Cənab Prezident, Sizə cansağlığı, ölkəmizin taleyüklü məsələlərinin həllində yeni nailiyyətlər arzulayıram.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əhliman Qarayev

Azərbaycan Respublikası, Bakı şəhəri.