Ramilə Bədəlovadan, Bakı, Azərbaycan


08 dekabr 2022, 15:00
Möhtərəm cənab Prezident.
“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli Sərəncamınız ilə "Tərəqqi" medalı alanlar sırasında mənim də adımın olmasından qürur hissi keçirir, göstərdiyiniz yüksək etimada görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Partiyamızın 30 illik yubileyini qeyd etdiyimiz bir vaxtda bu təltifi çalışdığım Yeni Azərbaycan Partiyası mərkəzi aparatının kollektivinə göstərilən diqqətin təzahürü hesab edirəm.
Bu gün bizim üzərimizə düşən məsuliyyət dövlətimizin, xalqımızın ali maraqlarına xidmət edən missiyamızı peşəkar səviyyədə yerinə yetirmək, Prezidentimizin ətrafında sıx birləşməkdir. Bu, bütün missiyaların ən şərəflisidir və Sizi əmin etmək istəyirəm ki, mən də ömrüm boyu bu missiyanın icraçılarından biri olacağam.
Cənab Prezident, fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə bir daha sonsuz təşəkkürümü bildirir, dövlətimizin inkişafı, möhkəmlənməsi, xalqımızın firavanlığı və rifahı naminə qətiyyətli fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm.
Allah Sizi və Vətənimizi qorusun.
Hörmətlə,
Ramilə Bədəlova
Azərbaycan Respublikası, Bakı şəhəri.