Ələskər Aslanov və Natiq Rzayevdən, Cəlilabad, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
08 dekabr 2022, 14:17
Möhtərəm cənab Prezident.
“Cəlilabad rayonunun Abazallı-Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 30 noyabr tarixli Sərəncamınız minlərlə insana sevinc bəxş etdi. Rahat yolun indiki dövrdə insanlar üçün necə böyük əhəmiyyət daşıdığını hamımız yaxşı bilirik. Yol həm iqtisadiyyatdır, həm də mədəniyyətdir. Yeni çəkiləcək yol həm bizim, həm də qonşu kəndlərin insanlarının rahat gediş-gəlişini təmin edəcəkdir.
Cənab Prezident, kəndimizə yol çəkilməsi ilə əlaqədar imzaladığınız sərəncama görə Sizə öz adımızdan və Cəlilabad rayonu Şorbaçı kənd sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Sizə cansağlığı, uzun ömür, ailə səadəti və işlərinizdə yeni uğurlar arzulayırıq. Sizin siyasi kursunuzu hər zaman dəstəkləyirik.
Hörmətlə,
Ələskər Aslanov
Natiq Rzayev
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şorbaçı kəndi.