08 dekabr 2022, 12:00

Hülya Məmmədlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Yeni Azərbaycan Partiyasının bir sıra fəal üzvləri ilə bərabər, məni də "Tərəqqi" medalı ilə təltif etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Fəaliyyətimə verilmiş bu yüksək qiymət sonsuz dərəcədə sevinc və fəxr hissi yaratmaqla yanaşı, üzərimə daha əzmlə çalışmaq məsuliyyəti qoyur. Sizin və rəhbərlik etdiyiniz partiyamızın etimadını doğrultmaq üçün daim bütün gücümlə çalışacağıma söz verirəm.

Sizə möhkəm cansağlığı, Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyi yolunda yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Məmmədli Hülya Gündüz qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.