07 dekabr 2022, 19:30

Ramil Vəlibəyovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin 30 noyabr 2022-ci il tarixində imzaladığınız Sərəncamla məni "Tərəqqi" medalı ilə təltif etməyinizdən böyük sevinc hissi yaşadım. Məni gənc yaşımda ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakıma görə dövlət təltifinə layiq görməyiniz böyük qürurdur, şərəfdir, eyni zamanda məsuliyyətdir. Bu dövlət təltifi bundan sonra da daha məsuliyyətli olmağı, təmsil etdiyim sahədə ölkəmizə yeni töhfələr vermək üçün var gücümlə, əzmkarlıqla çalışmağı stimullaşdırır.

Cənab Prezident, faliyyətimə verdiyiniz yüksək dəyərə, göstərdiyiniz etimada görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da dövlətçiliyimizin, partiyamızın möhkəmləndirilməsinə, inkişafına bütün potensialımı sərf edəcəyəm, qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə çalışacağam.

Allah Sizi, xalqımızı və dövlətimizi qorusun!

Hörmətlə,

Ramil Vəlibəyov

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.