07 dekabr 2022, 19:00

Əhliman Tağıyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında" 2022-ci il 30 noyabr tarixli Sərəncamınızla "Tərəqqi" medalı ilə təltif edilməyim mənim hədsiz sevincimə səbəb olmuşdur. Bu medalı ulu öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsindəki kiçik fəaliyyətimə verilən böyük dəyər kimi qiymətləndirirəm. Partiyamızın 30 illik yubileyini qeyd etdiyimiz dövrdə mənə göstərdiyiniz diqqətə görə özümün və ailəmin adından Sizə təşəkkür edir, ən xoş arzularımı bildirirəm.

Göstərdiyiniz böyük etimadın məsuliyyətini dərk edir və Sizi əmin edirəm ki, bundan sonrakı fəaliyyətimdə də Heydər Əliyev siyasətinə sədaqətlə xidmət edəcək, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyünüz böyük işlərdə üzərimə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm.

Dərin ehtiramla,

Əhliman Tağıyev

Azərbaycan Respublikası, Bakı şəhəri.