07 dekabr 2022, 18:25

Bəxtiyar Nəbiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edənlərin təltif edilməsi haqqında sərəncamınız cəmiyyətimizdə böyük fərəh və ruh yüksəkliyi ilə qarşılandı. Təltif edilənlərin sırasında olmaq mənə də sevinc bəxş etdi, məni qürurlandırdı. Göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu öndər Heydər Əliyevin əsrarəngiz siyasi dühası və Sizin, dünyaya səs salan siyasətiniz Azərbaycanın uğurlu inkişaf yolunda inamla addımlamasını və tarixi qələbə qazanmasını təmin edib. Dünya azərbaycanlılarının hər biri Sizin ətrafınızda sıx birləşib və bu da öz növbəsində Azərbaycanının dinamik inkişafına və yeni uğurlar əldə etməsinə zəmin yaradır. Ümummilli lider Heydər Əliyev ideyalarına sadiq olan, Yeni Azərbaycan Partiyasının üzvləri kimi, biz də uğurlu fəaliyyətinizlə qürur duyur və onu əminliklə dəstəkləyirik. Bu yolda da, bütün varlığımızla çalışacağımıza dair Sizə söz veririk.

Məni "Tərəqqi" medalı ilə təltif etdiyiniz üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Nəbiyev Bəxtiyar Eyvaz oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.