07 dekabr 2022, 17:10

Mobil İmanovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ulu öndər Heydər Əliyevin qurub yaratdığı Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibəti ilə məni “Tərəqqi” medalı ilə təltif etməyiniz ölkəm, Vətənim qarşısında xidmətlərimi olduqca böyük qiymətləndirməyiniz sonsuz qürur və sevinc hissi yaşatdı. Sizə dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, ulu öndər Heydər Əliyevin, Sizin bütünlüklə xalqımızın xoşbəxt gələcəyi və firavan yaşaması naminə həyata keçirdiyiniz uğurlu siyasətin ən əzmkar silahdaşı kimi xidmət etmişəm və bundan sonra da dahi şəxsiyyət Heydər Əliyevin qurduğu qüdrətli Azərbaycan naminə əlimdən gələni əsirgəməyəcəyəm.

Ulu Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

İmanov Mobil Qulu oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.