logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nizam Əliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

07 sentyabr 2012, 10:45

Hörmətli cənab Prezident!

Ordumuzun zabiti Ramil Səfərovun Vətənə gətirilməsi və əfv olunması haqqında Sərəncamınız təkcə Ramilin ailəsi və yaxınları üçün deyil, bütün Azərbaycan xalqı, Türk dünyası üçün çox sevincli hadisə oldu. Bu xəbər biz əlilləri də hədsiz dərəcədə sevindirdi. Möhtərəm Prezident, hörmətli Ali Baş Komandan təşkilatımızın çoxsaylı üzvlərinin təşəkkürünü sizə çatdırırıq. Fürsətdən istifadə edərək əlillərin cəmiyyətə inteqrasiyası, onların sosial problemlərinin həlli istiqamətində dövlətimiz tərəfindən görülən işlərə görə minnətdarlığımızı da bildiririk. Allah Sizə yar olsun!

Hörmətlə,

Binəqədi Rayon Əlillər Təşkilatının üzvləri adından
Nizam Əliyev
Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi