Elsevər Qiyasov və başqalarından, Cəlilabad, Azərbaycan
07 dekabr 2022, 16:30
Möhtərəm cənab Prezident.
Kəndimizə yol çəkilməsi üçün göstərdiyiniz xüsusi diqqətə görə Cəlilabad rayonu Abazallı kəndinin sakinləri adından Sizə “çox sağ olun” deyir, dərin minnətdarlığımızı bildiririk.
“Cəlilabad rayonunun Abazallı-Təklə-Şorbaçı-Mədətl-Novruzallı-Məmmədrzalı-Məşədilər-Dostallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” 2022-ci il 30 noyabr tarixli Sərəncamınız təkcə bizim kəndin deyil, bir çox kəndin yolunun tikintisini və insanların rahat gediş-gəlişini təmin edəcəkdir. Bu yolun çəkilməsi kəndlərimizin, bütövlükdə rayonumuzun sosial-iqtisadi inkişafına da sözsüz ki, müsbət təsir edəcəkdir.
Uğurlarınız daimi və bol olsun, cənab Prezident.
Hörmətlə,
Qiyasov Elsevər
Tarıverdiyev Mahir
Hüseynov Əlizadə
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Abazallı kəndi.