07 dekabr 2022, 15:00

Hüseynağa Baxışovdan, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim fəaliyyətimi yüksək qiymətləndirərək “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, mən 1992-ci ildə Quba YAP-ın qurucusu kimi fəaliyyətə başlamışam və uzun müddət ərzində ulu öndər Heydər Əliyevin və Sizin böyük diqqət və qayğınızın şahidi olmuşam. Bu illər ərzində bütün imkanlarım daxilində Sizin siyasətinizin ən fəal dəstəkçilərindən biri olmuşam. Həmişə qürur duymuşam ki, Azərbaycanın Sizin kimi Prezidenti var.

Sizin komandanlığınızla doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi bütün dünyada böyük əks-səda doğurdu və bu gün xalqımız qürur hissi ilə yaşayır.

Cənab Prezident, məni təltif etdiyinizə görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm və Sizi əmin edirəm ki, bundan sonrakı fəaliyyətimdə də dövlətimizin inkişafı naminə görüləcək işlərdə fəal iştirak edəcəyəm.

Fürsətdən istifadə edərək Sizə, Mehriban xanıma, ailənizə cansağlığı və Azərbaycanın tərəqqisi yolunda fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Hüseynağa Baxışov

Milli Məclisin sabiq deputatı

Azərbaycan Respublikası, Quba şəhəri.