07 dekabr 2022, 14:06

Məzahir Bayramovdan, Tovuz, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fəaliyyətimə yüksək qiymət verərək məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Ölkəmizi və xalqımızı yüksəlişə, tərəqqiyə və Zəfərə çatdıran ulu öndər Heydər Əliyevin ideyalarına, Sizin hər zaman qalib siyasətinizə xidmət göstərməkdən qürur duyuram. Yaxşı bilirəm ki, bu amallara xidmət etmək Vətənimizin daha xoşbəxt gələcəyinə xidmət etmək deməkdir. Bundan sonrakı fəaliyyətimi və bacarığımı bu müqəddəs vəzifəyə həsr edəcəyəm.

Cənab Prezident, Sizə bir daha sonsuz minnətdarlığımı bildirirəm. Dünya siyasətinin sayılıb-seçilən nüfuzlu simasının imzası ilə təltif olunmağın doğurduğu hissləri sözlə ifadə etmək mümkün deyil.

Əziz Prezident, fürsətdən istifadə edərək Sizə, Mehriban xanıma, bütün ailə üzvlərinizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Bayramov Məzahir Əhməd oğlu

Partiya və müharibə veteranı, pensiyaçı

Azərbaycan Respublikası, Tovuz rayonu.