Kuloşvili Nana və başqalarından, Qax, Azərbaycan
06 dekabr 2022, 18:00
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin diqqət və qayğınız nəticəsində respublikamızın bütün regionlarının, eləcə də rayonumuzun siması gündən-günə dəyişməkdədir. Ölkəmizin dörd bir yanında olduğu kimi, rayonumuzda da infrastruktur layihələrinin icrası, quruculuq və abadlıq işləri sürətlə davam etdirilməkdədir.
Yaşadığınız Qax rayonunun Qaxbaş kəndinin yollarının təmirinə kömək göstərilməsi ilə bağlı kənd sakinlərinin müraciətinə göstərdiyiniz həssas yanaşma nəticəsində kənd ərazisindəki avtomobil yolu yüksək səviyyədə yenidən quruldu.
Bizə bu sevinci yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Allah Sizi qorusun.
Qaxbaş kənd sakinləri adından hörmətlə,
Kuloşvili Nana
Sukoşvili Yason
Abdullayev Cavid
İbrahimova Əsli
Rostiaşvili Maquli və başqaları (16 nəfər).
Azərbaycan Respublikası, Qax rayonu, Qaxbaş kəndi.