Azad Quliyevdən, Gəncə, Azərbaycan
07 sentyabr 2012, 17:45
Möhtərəm Prezident!
Milli Ordumuzun zabiti Ramil Səfərovun tərəfinizdən əfv olunaraq azadlığa buraxılması xəbərini böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladıq. Ali Baş Komandan, əsl Vətən oğlu kimi Ramil Səfərova göstərdiyiniz bu qayğı və diqqət bizim hamımızı Vətən naminə daha artıq səylə işləməyə ruhlandırmışdır. Bizdə bu yüksək əhval-ruhiyyəni Sizin fədakarlığınız, qətiyyətiniz, xalqımıza diqqət və qayğınız doğurmuşdur. Biz Sizə inanırıq. Əminik ki, Azərbaycanı daha böyük qələbələrə qovuşduracaqsınız. Sizə bir daha təşəkkürümüzü bildirir, ölkəmizə sülh, əmin-amanlıq arzulayırıq. Allah Sizdən razı olsun!
Təcili Təxirəsalınmaz Yardım Xidmətinin kollektivi adından hörmətlə,
baş həkim Azad Quliyev.
Azərbaycan Respublikası, Gəncə şəhəri.