Seyid Səbuhi və başqalarından, Bərdə, Azərbaycan
07 dekabr 2022, 11:00
Hörmətli cənab Prezident.
Öncə 44 günlük Vətən müharibəsində bizə yaşatdığınız sevincli günlərə, torpaqlarımızın işğaldan azad olunmasına görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Kəndimizdə quruculuq və abadlıq işləri Sizin sayənizdə davam edir. Sizin diqqət və qayğınızla kəndimizə asfalt yol çəkilmiş, əhalinin gediş-gəlişi rahatlaşmış, işıq sistemində olan problemlər aradan qalxmışdır. Sovet dövründən qalma kabellər və işıq dirəkləri müasir standartlara uyğun olaraq yeniləri ilə əvəz olunmuşdur. Hazırda kəndimizdə işıq verilməsi ilə bağlı problemlər tamamilə həll olunmuşdur.
Sizin Sərəncamınızla kəndimizin köhnə adı dəyişdirilərək Seyid Yusifli adlandırılmışdır. Eyni zamanda, kəndimizdə müqəddəs ziyarətgaha – Seyid Yusif Ağanın evinə gedən yol təmir olunmuşdur. Rahat yolla gəlib-gedən minlərlə ziyarətçinin Sizə alqış etdiklərini və Sizi daha çox sevdiklərini bildiririk.
Cənab Prezident, əlbəttə ki, Sizin xalqımıza olan sevginiz, diqqət və qayğınız tükənməzdir. Gördüyünüz xeyirxah işlər, Qarabağın dirçəlməsi, şəhid ailələrinə və qazilərimizə olan diqqət danılmazdır.
Kənd camaatı adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Seyid Səbuhi – Seyid Yusif Ağanın nəvəsi
Qocayev Bəxtiyar
Ağamalıyev Səxavət
Quliyev Bəhruz
Bayramova Gülnarə
Qasımov Əliş
Bayramov Şahmar
Qasımov Elzamin
Abbasov Sabir
Azərbaycan Respublikası, Bərdə rayonu, Seyid Yusifli kəndi.