Hikmət Cəbrayılovdan, Ankara, Türkiyə
07 sentyabr 2012, 17:15
Hörmətli cənab Prezident!
Sizi Türkiyədə təhsil alan azərbaycanlı tələbələr adından salamlayıram. Çətin, məsuliyyətli və şərəfli işinizdə Sizə uğurlar arzu edirik. Ramil Səfərovun Vətənə qayıdışından dərhal sonra imzaladığınız əfv Sərəncamı bizləri və “Mən Azərbaycanlıyam” deyən hər bir insanı çox sevindirdi. Bununla da Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Buna görə, Sizə dərin təşəkkürümü bildirirəm. Məncə Sizin bu addımınız tarixi bir qələbədir. İnanıram ki, ulu öndərimiz və Sizin rəhbərliyiniz altında müstəqil və suveren Azərbaycanın Ermənistan üzərindəki çoxsaylı qələbələrindən biridir. İnanıram ki, Sizin Ali Baş Komandanlığınız altında Ramil Səfərov və onun kimi igid oğullarımız çox yaxın zamanda Azərbaycan bayrağını Dağlıq Qarabağda – Şuşa qalasında, Xankəndidə və işğal altındakı rayonlarımızda ucaldacaqlar.
Hörmətlə,
Hikmət Cəbrayılov, Qazi Universiteti Xəstəxanasının uroloji asistenti.
Türkiyə Respublikası, Ankara şəhəri.