İbrahim Heydərovdan, Bakı, Azərbaycan
06 dekabr 2022, 17:24
Möhtərəm cənab Prezident.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə məni “Tərəqqi” medalı ilə təltif etməyiniz məni həm çox sevindirdi, həm də böyük məsuliyyət yaratdı.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin quruluşu milli-mənəvi dəyərlər üzərində inkişaf edir, gənc nəsil milli ruhda böyüyür və azərbaycançılıq ideyalarını özündə təcəssüm etdirir. Bu da Ulu Öndərimiz Heydər Əliyevin siyasəti idi ki, Siz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratmısınız.
Onu da mütləq qeyd etməliyəm ki, Sizin Ali Baş Komandanlığınızla, güclü ordu quruculuğu sayəsində, uzaqgörən daxili və xarici siyasətiniz nəticəsində Qarabağ zəfərinin sevincini bütün Azərbaycan xalqı yaşayır.
Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə sağlam ömür və ölkəmizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Mənə göstərdiyiniz diqqətə görə dərin təşəkkürümü bildirirəm və Sizi əmin edirəm ki, dövlətçiliyimizə, Ulu Öndərimiz Heydər Əliyev ideallarına sadiq qalacaq, etimadınızı layiqincə doğrultmaq üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Hörmətlə,
İbrahim Heydərov
YAP Nərimanov rayon təşkilatının sabiq sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.