05 dekabr 2022, 17:40

Mixail Zabelindən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İcazə verin, mənim həyatımda əlamətdar tarix olan Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməyimə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirim.

Mənim üçün Vətən sadə söz deyil. Vətən – mənim torpağım, mənim xalqım, mənim Prezidentimdir! Azərbaycan xalqımla, Ümummilli Liderimlə, Prezidentimlə çətin və xoş günlər keçirdik. Birlikdə Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə apardıq və şanlı Qələbəmizi qeyd etdik.

Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi Azərbaycanda yaşayan multikultural xalqların birliyini, iradəsini, Vətənə, dövlətə olan sonsuz sevgisini nümayiş etdirdi. Milliyətindən, dinindən asılı olmayaraq hər bir vətənpərvər Azərbaycan gənci qədim Azərbaycan torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ, respublikanın ərazi bütövlüyünü bərpa etdi.

Mənim 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməyim barədə Sizin qərarınız bir daha ona dəlalət edir ki, Azərbaycanda bütün vətəndaşlar üçün onların dini və ya milli mənsubiyyətindən asılı olmayaraq bərabər şərait yaradılmışdır.

Çox hörmətli İlham Heydər oğlu Əliyev, icazə verin fəaliyyətimi yüksək qiymətləndirdiyinizə görə Sizə bir daha təşəkkür edim, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uzun ömür, sülh və firavanlıq diləyim.

Dərin hörmət və ehtiramla,

Mixail Zabelin

Milli Məclisin deputatı

Azərbaycan Respublikası, Bakı şəhəri.