06 dekabr 2022, 13:00

Elçin Harunovdan, Şəki, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Dekabr ayının 2-də Şəkiyə səfəriniz bütün şəkililəri sevindirdi. Bir şəkili, bir Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edirəm.

Sizin Şəki üçün, Qarabağ üçün və bütöv Azərbaycan üçün etdiklərinizə görə qarşınızda baş əyirəm. Sizin sayənizdə Şəki gündən-günə gözəlləşir, vətəndaşlarımızın və ölkəmizin qonaqlarının gözlərini oxşayır.

Bir daha Azərbaycan xalqının qayğısına qaldığınıza görə Sizə və ailənizə sonsuz təşəkkürümü bildirir, çox sağ ol deyirəm. Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.

Allah Sizi daim var etsin.

Hörmətlə,

Harunov Elçin Allahyar oğlu

Azərbaycan Respublikası, Şəki şəhəri.