Eldar Ağayevdən, Sumqayıt, Azərbaycan
07 sentyabr 2012, 10:15
Çox hörmətli Prezident!
Azərbaycan bu gün hər bir sahədə sözün həqiqi mənasında yüksək inkişafa nail olub. Bunu təkcə biz demirik, ölkəmizə gələn xarici qonaqlar da təsdiqləyirlər. Otuz illik müəllimlik təcrübəsi olan bir Azərbaycan vətəndaşı kimi Sizin bu uğurları görür və ürəkdən sevinirəm. Bu günlərdə sevincimizin üzərinə daha bir şadyanalıq əlavə olundu. Sizin müdrik diplomatiyanız, beynəlxalq aləmdəki yüksək nüfuzunuz Azərbaycan zabiti Ramil Səfərovun Vətənə gətirilərək azadlığa buraxılması ilə nəticələnmişdir. Siz Ramili əfv etməkdə çox tarixi bir iş görmüsünüz. Bu, xalqımızda böyük ruh yüksəkliyi, dərin sevinc hissi doğurmuşdur. Sizin bu cəsarətiniz, humanistliyiniz tariximizdə əbədi qalacaqdır. Biz Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirik, bu diplomatiyanın daha böyük uğurları üçün əlimizdən gələni etməyə çalışırıq.
Cənab Prezident, Siz Ali Baş Komandan kimi Silahlı Qüvvələrimizin modernləşməsinə böyük diqqət və qayğı göstərirsiniz. Əgər Ermənistan torpaqlarımızı danışıqlar yolu ilə qaytarmasa Milli Ordumuz işğalçıları öz yerində oturdacaqdır. Biz buna əminik və Sizə inanırıq.
Hörmətlə,
Eldar Ağayev
“Təfəkkür” liseyinin hərbi rəhbəri.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.