Bayram Şirəliyev və başqalarından, Cəlilabad, Azərbaycan


05 dekabr 2022, 16:20
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Onun bizə miras qoyduğu bu ideyalar Sizin sayənizdə daha da güclənərək xalqımızı birləşdirən amil oldu.
Apardığınız uğurlu və davamlı siyasəti Şötüklü kənd sakinləri bəyənir və dəstəkləyir. Sizin qayğınızı hər zaman hiss edirik. 2022-ci il noyabrın 30-da imzaladığınız “Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamınız rayonda 14 yaşayış məntəqəsinin inkişafına xidmət edəcəkdir.
Uzun illərdir ki, Şötüklü və qonşu kəndlərində asfalt yol yox idi. Bundan sonra isə kəndimizin sakinləri də rahat yolla hərəkət edəcək.
Bütün kənd sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Şirəliyev Bayram Qüdrət oğlu
Əliyev Əlihüseyn Zöhrab oğlu
Qürbətov Firudin Səlimxan oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şötüklü kəndi.