05 dekabr 2022, 15:40

Elmar Kərimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə ölkədə aparılan məhkəmə islahatları Azərbaycanda ədalət mühakiməsi prosesinin yaxşılaşdırılması üçün həyati əhəmiyyət kəsb edir. Görülmüş işlər ədalət mühakiməsinin obyektivliyini və effektivliyini təmin etməklə yanaşı, insanların Azərbaycan məhkəmələrinə inamını daha da artırır, hər bir vətəndaşımız məhkəmə orqanında hüquqlarının müdafiə və bərpa olunacağına əminlik hissləri keçirir.

Bütün göstərilənlər hüquqi dövlət quruculuğu sahəsində son dərəcə əhəmiyyətlidir. Bunun bariz nümunəsi kimi bu günlərdə Ali Məhkəmədə mənim mülki məsələ ilə bağlı kassasiya şikayətimə baxılarkən obyektivliyin, şəffaflığın və çəkişmə prinsipinin tam təmin edilməsini göstərmək olar.

Hüquqşünaslarımızın yüksək peşəkarlıq nümayiş etdirmələrindən mütəəssir oldum və məhkəmə orqanlarında aparılan islahatlarla bağlı Sizə minnətdarlıq bildirmək istəyirəm.

Məhkəmə sistemində obyektivliyin və şəffaflığın, ədalət mühakiməsinin effektivliyin və səmərərəliliyin artırılmasını sevindirici və təqdirəlayiq hesab edirik.

Respublikamızda ədalət mühakiməsinin bu səviyyədə inkişaf etməsində isə ilk növbədə Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Kərimov Elmar Ramiz oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.