Zakir Teymurovdan, Bakı, Azərbaycan
05 dekabr 2022, 12:04
Müzəffər Ali Baş Komandan, tarix yazan Sərkərdə.
Siz 44 günlük Vətən müharibəsi zamanı həlak olmuş və itkin düşmüş, şəhidlik zirvəsinə ucalmış hər bir şəhidin ailəsinə, o cümlədən bizim ailəyə diqqət və qayğınızı heç bir zaman əsirgəməmisiniz.
Mənim oğlum, şəhid Vüsal Teymurov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Dövlətimiz tərəfindən onun döyüş yolu qiymətləndirilərək “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Bu təltiflərə, eyni zamanda, Sizin tapşırığınıza əsasən, mənzillə təmin olunduğumuza görə Sizə təşəkkürümüzü bildiririk.
Rəhbərliyiniz dövründə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və nəvaziş, tez-tez keçirilən görüşlər, təşkil olunan tədbirlər bizə göstərilən dəstəyin nümunələridir.
Hörmətli cənab Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı və uzun ömür, dövlətimizin rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar arzulayıram.
Hörmətlə,
Teymurov Zakir Bala Mirzə oğlu
Şəhid atası
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.