logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rafiq Məmmədhəsənovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

05 dekabr 2022, 11:05

Hörmətli cənab Prezident.

Məni Prezidentin Fəxri Diplomu ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü bildirirəm. Ulu Öndər Heydər Əliyev də həmişə elm və incəsənət adamlarına, eləcə də hər bir Azərbaycan vətəndaşına diqqət və qayğı ilə yanaşırdı. Siz Müzəffər Ali Baş Komandan kimi 44 günlük Vətən müharibəsində böyük sərkərdə və peşəkar diplomat olduğunuzu dünyaya nümayiş etdirdiniz. Azərbaycan xalqının qürurunu göylərə qaldırdınız. Mənim sadə əməyimə yüksək qiymətə görə bir daha Sizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədhəsənov Rafiq Musa oğlu

“91-lər”dən biri, III-IV-V çağırış Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müdiri, əməkdar elm xadimi, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi