Əlimərdan Əliyevdən, Lənkəran, Azərbaycan
02 dekabr 2022, 16:20
Möhtərəm cənab Prezident.
Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə Sizin tərəfinizdən “Tərəqqi” medalı ilə təltif olunmağıma görə Sizə dərin minnətdarlığımı bildirirəm və kiçik əməyimə verilən bu yüksək mükafatı uzun illər ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət etmiş partiya veteranlarımızın şərəfli əməyinə verilən qiymət kimi qəbul edirəm.
Zati-aliləri, Sizin yorulmaz fəaliyyətiniz və gərgin səylərinizlə bütün sahələrdə parlaq qələbələrin qazanıldığı indiki məsuliyyətli dövrdə üzərimizə düşən vəzifələri dərindən dərk edərək bundan sonra da, həmişə partiyanın ön sıralarında, yalnız Sizin ətrafınızda olacağımıza və Sizinlə birlikdə doğma vətənimizə və xalqımıza xidmət edəcəyimizə söz verirəm.
Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun.
Dərin hörmət və ehtiramla,
Əliyev Əlimərdan Ələkbər oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kosalar kəndi.