Musa Həsənovdan, Sumqayıt, Azərbaycan
06 sentyabr 2012, 14:45
Əziz və hörmətli Prezident!
Azərbaycanımızın igid oğlu Ramil Səfərovun qürbətdə məhbəs həyatından azad edilməsi üçün səylərinizə və onu əfv etməyinizə görə Sizə dərin minnətdarlığımızı ifadə edir, Sizinlə fəxr etdiyimizi bildirmək istəyirik. Ümummilli dəyərləri, vətənə sədaqəti şəxsi həyatından üstün tutan bir Azərbaycanlı gəncin azadlığa qovuşmasını Sizin sayənizdə ədalətin zəfər çalması kimi qəbul edirik. Sizin uzaqgörənliklə atdığınız növbəti addım torpaqlarımızın tezliklə işğaldan azad edilməsinin xoş müjdəçisi olacaqdır.
Möhtərəm Prezidentimiz! Ali Baş Komandanımız!
Sizin ali diqqətinizə çatdırırıq ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa daim sadiqik, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs savaşa hər an hazırıq. Siz buna tam əmin ola bilərsiniz.
Sonsuz ehtiram və qürur hissləri ilə Sumqayıt gəncləri adından hörmətlə,
Musa Həsənov.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.