İsmayıl Süleymanovdan, Abşeron, Azərbaycan
07 sentyabr 2012, 15:45
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə Azərbaycan hər sahədə böyük inkişafa nail olmuşdur. Bu quruculuq işlərinin miqyası gündən-günə artır.
Yeni müəssisələr açılır, yollar çəkilir, infrastruktur yenilənir, iş yerləri yaradılır, xalqımızın rifahı gündən-günə yaxşılaşır. Bütün bunlara, cənab Prezident, Sizin müdrik siyasətiniz sayəsində nail olunmuşdur. Siz avqustun axırlarında bu uğurların sırasına daha birini də əlavə etdiniz. Vətənpərvər Azərbaycan oğlu Ramil Səfərov Macarıstandan gətirilərək Sizin Sərəncamınızla əfv olundu. Bu diqqət və qayğınız hər bir vətənpərvər azərbaycanlıda dərin sevinc hissi doğurmuşdur. Bu müdrik qərara görə Sizə təşəkkür edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Axund İsmayıl Süleymanov
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.