01 dekabr 2022, 13:58

Aynurə Seyfiyevadan, Şirvan, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, doğma Azərbaycanımızı irəli aparır, əhalinin sosial rifahını yüksəldir, insanlara xoş güzəran bəxş edirsiniz. Ordu quruculuğundakı uğurlarınız 44 günlük Vətən müharibəsində özünü bariz şəkildə büruzə verdi. Müharibədə qazandığımız Zəfər bütün xalqımızı sevindirir və qürurlandırır.

Eyni zamanda, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərdiyiniz böyük diqqət və qayğı çox təqdirəlayiq haldır.

Mənim iki qardaşım şəhid olmuşdur. Bu acı dərd olsa da, hər zaman qardaşlarımla fəxr etmişəm. Dövlətimizin şəhid ailələrinə, onların yaxınlarına diqqəti bizim üçün bir təsəllidir. Mən hazırda çalışdığım Şirvan Şəhər Mərkəzi Xəstəxanasında bu yaxınlarda problemlə üzləşmişdim. Bununla əlaqədar Sizə müraciət ünvanlamışdırm və kömək göstərməyinizi xahiş etmişdim. Çox sağ olun ki, müraciətim müsbət nəticəsini verdi və problem həll olundu. Mənimlə yanaşı, anam da Sizə minnətdardır.

Möhtərəm Prezident, biz Sizə hər zaman inanırıq. Çox sevinirik ki, bu ölkənin Sizin kimi rəhbəri vardır. Bir daha təşəkkür edirəm.

Allah Sizi qorusun.

Hörmətlə,

Aynurə Seyfiyeva

İki şəhid bacısı

Azərbaycan Respublikası, Şirvan şəhəri.