logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şirxan Manafovdan, Göyçay, Azərbaycan

Text size icon-size icon-size

30 noyabr 2022, 15:36

Hörmətli cənab Prezident.

Öncə, Sizi Göyçay rayon sakinləri adından səmimi salamlayır, böyük işlərinizdə Sizə yeni uğurlar arzulayıram.

Siz keçirdiyiniz müşavirələrdə və iclaslarda vəzifəsindən asılı olmayaraq bütün məmurlara insanlara, ölkə vətəndaşlarına diqqətlə yanaşmağı, onların problemlərinə biganə qalmamağı dönə-dönə tapşırır və bunun onların bir nömrəli vəzifə borcu olduğunu bildirirsiniz. Biz vətəndaşlar bu tapşırıqların müsbət nəticələrinin şahidiyiq. Son illər ərzində ölkəmizdə, eləcə də Göyçayda müsbət mənada xeyli dəyişikliklər nəzərə çarpır. İnsanların bir çox problemlərinin, sosial məsələlərin həlli ictimaiyyətin rəğbətinə səbəb olmuşdur.

Cənab Prezident, bu, Sizin uğurlu daxili siyasətinizin və kadr islahatlarınızın bariz nümunəsidir.

Həmçinin, qeyd etməyi özümə borc bilirəm ki, Siz şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə daim görüşərək, onların problemləri ilə maraqlanır, onlara lazımi kömək göstərir, dəstək olursunuz. Bütün bunlara görə Sizə dərindən təşəkkür edir, gələcək fəaliyyətinizdə, daxili və xarici siyasətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Şirxan Manafov

Azərbaycan Respublikası, Göyçay rayonu, Mallı Şıxlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi