Mehriban Cəfərovadan, Şirvan, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
29 noyabr 2022, 17:39
Möhtərəm cənab Prezident, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı.
Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin və onun layiqli davamçısı kimi Sizin adınızla bağlıdır. Sizin əməlləriniz hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyətiniz müstəqil Azərbaycana, doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
Mən şəhid bacısı kimi xalqımızın sonsuz sevincinə səbəb olan Qələbəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Son illər Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir. Məhz Sizin qayğınız sayəsində ölkəmizin hər bölgəsi abadlaşır, müasirləşir. Şirvan şəhərində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, xüsusilə şəhər sakinlərinin sevimli istirahət yeri olan, xüsusi layihə əsasında əsaslı şəkildə yenidən qurulan Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı hamımızın ürəyindən xəbər verir. Bütün bunlara görə Sizə minnətdarıq.
Bu yaxınlarda səhhətimdəki problemlərlə bağlı müraciət etdiyim Milli Onkologiya Mərkəzində əhatə olunduğum diqqət və qayğıya görə də ayrıca təşəkkürümü bildirmək istərdim. Dövlət hesabına uğurlu əməliyyat olundum, hazırda müalicələrim davam edir.
Çox sağ olun, cənab Prezident. Sizə möhkəm cansağlığı, Azərbaycanımızın yüksəlişində və azadlığa qovuşdurduğunuz Qarabağın bərpasında yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Mehriban Cəfərova
Azərbaycan Respublikası, Şirvan şəhəri.