“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14–17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
26 noyabr 2022, 16:02
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 2023-cü il 14–17 mart tarixlərində Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə dair Ev Sahibliyi haqqında” 2022-ci il oktyabrın 28-də Paris şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 noyabr 2022-ci il