logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Balaxanım Hacıyevadan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

28 noyabr 2022, 13:37

Hörmətli cənab Prezident.

Mənim övladım – Məmmədova Nərgiz Azər qızı daun sindromundan əziyyət çəkir. O, sağlamlıq imkanları məhdud olduğundan Sosial Xidmətlər Agentliyinin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Sosial Xidmət Mərkəzində artıq 6 aydır ki, sosioloji, psixoloji və loqopedik dəstək alır. Burada bizə göstərilən xidmətdən razıyam. Mərkəzin əməkdaşları tərəfindən uşaqlara göstərilən xüsusi diqqət və qayğının şahidiyəm. Biz valideynlərə də diqqət və qayğı var. Qüsurlu uşaqlarla işləmək qaydaları bizə izah olunur. Uşaqların sağlam gələcəyi, inamlı böyüməsi üçün kömək göstərirlər.

Möhtərəm Prezident, ölkəmizdə qüsurlu uşaqlara göstərilən böyük diqqət və qayğıya görə Sizə və Mehriban xanıma sonsuz minnətdarlığımı bildirirəm.

Ömrünüz uzun olsun.

Hörmətlə,

Hacıyeva Balaxanım Rafiq qızı

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi