logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fərid Mustafayevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

24 noyabr 2022, 13:52

Hörmətli cənab Prezident.

Sizin 30 illik həsrətə son qoyaraq, müstəqil Azərbaycanımızın ərazi bütövlüyünün bərpası üçün etdiklərinizi xalqımız heç vaxt unutmayacaq, hər zaman xoş hisslərlə xatırlayacaqdır. Bu Zəfər bizim qürur mənbəyimiz, müqəddəs and yerimizdir.

Şəhid ailələləri və qazilərimiz Sizin və Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim öz üzərində hiss edirlər. Bu kateqoriyalardan olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlər ümumilikdə xalqımız tərəfindən təqdirəlayiq hal kimi qarşılanır.

Hörmətli cənab Prezident, biz hər zaman Sizin yanınızdayıq və Sizin dəstəkçinizik. Azərbaycanın Sizinlə daim tərəqqidə olacağına tam qəlbimlə inanıram, Sizinlə fəxr edir və qürur duyuram.

Dərin hörmət və ehtiramla,

Fərid Mustafayev

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi