24 noyabr 2022, 17:54

Fərid Əkbərovdan, Masallı, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin rəhbərliyiniz altında respublikamızda uğurla həyata keçirilən məqsədyönlü islahatlar, yürüdülən sosial siyasət ölkəmizin sürətli inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Əvvəllər kəndlərdə mövcud olan bir sıra problemlər aradan qaldırılmış, insanlara firavan həyat, rahat güzəran bəxş olunmuşdur.

Bu günlərdə, mənim yaşadığım Masallı rayonunun Rüdəkənar kəndinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması istiqamətində işlər görülmüş, transformator yenisi ilə əvəz olunmuş, kəndin yolu təmir edilmişdir.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Fərid Əkbərov

Azərbaycan Respublikası, Masallı rayonu, Rüdəkənar kəndi.